...

Azərbaycan ərazilərinin işğal olunması və məcburi köçkünlərin mövcudluğu ölkədə seçkilərin keçirilməsinə problemlər yaradır - MSK katibi

Siyasət Materials 18 May 2010 13:12 (UTC +04:00)
Azərbaycan ərazilərinin işğal olunması, məcburi köçkünlərin mövcudluğu ölkə ərazisində seçkilərin keçirilməsinə bəzi problemlər yaradır. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə seçkilərə həsr olunmuş konfransındakı çıxışında deyib.
Azərbaycan ərazilərinin işğal olunması və məcburi köçkünlərin mövcudluğu ölkədə seçkilərin keçirilməsinə problemlər yaradır - MSK katibi

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan ərazilərinin işğal olunması, məcburi köçkünlərin mövcudluğu ölkə ərazisində seçkilərin keçirilməsinə bəzi problemlər yaradır. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə seçkilərə həsr olunmuş konfransındakı çıxışında deyib.

Məmmədov bildirib ki, bu ilin əvvəlindən seçki komissiyalarında ölkə üzrə seçici siyahılarının hazırlanması prosesi başlayıb və bu iş mayın sonunda yekunlaşacaq.

"Bu məsələdə də işğal faktoru özünü göstərir. Məcburi köçkünlərin siyahıya alınmasında müəyyən problemlər var. Onlar ölkənin bütün ərazisinə səpələniblər və bir sıra problemlər ortaya çıxır. Hətta bələdiyyə seçkilərində onların aktiv və passiv seçki hüququnu təmin etmək mümkün olmur. Təəssüflər olsun ki, bizi müşahidə edən, seçki prosesinə maraq göstərən qurum və subyektlər tərəfindən bu halın həmişə lazım olan səviyyədə qiymətləndirilməsini görmürük", - MSK katibi əlavə edib.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon insan məcburi köçkün düşüb.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabrın birinci həftəsində keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti