Azərbaycan, Bakı, 26 may /Trend, müxb. R. Daraxşan/
Prezident Barak Obama ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə Metyu Brayzanın (Matthew Bryza) namizədliyini irəli sürüb, bu barədə Ag Evin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Brayzanın namizədliyi ABŞ Senatı tərəfindən təsdiq edilməlidir.
2005 ci ildə Brayza Dövlət katibinin Avropa və Avrasia işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə o Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə görə məsuliyyət daşıyıb, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə göstərdiyi səylərə başçılıq edib, ABŞ-ın Xəzər dənizi və Qara dəniz regionunda siyasətini uzlaşdırıb.
2006-2009 cu illərdə Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədiylə yaradılan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsində çalışıb.
ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi keçmiş səfir Enn Dörsinin səlahiyyətini 2009-cu ilin iyun ayında bitirdikdən sonra boş qalmışdır.
ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyi irəli sürülüb
Prezident Barak Obama ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə Metyu Brayzanın (Matthew Bryza) namizədliyini irəli sürüb, bu barədə Ag Evin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.