...

Azərbaycanda 18 il öncə insan ölümü ilə nəticələnmiş avtomobil qəzası törətmiş şəxs tutulub

Siyasət Materials 27 May 2010 13:21 (UTC +04:00)
Məmmədov istintaqa təhvil verilib.
Azərbaycanda 18 il öncə insan ölümü ilə nəticələnmiş avtomobil qəzası törətmiş şəxs tutulub

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 18 il öncə insan ölümü ilə nəticələnmiş avtomobil qəzası törətmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində, 1992-ci il mart 27-də Qonaqkənd kəndi ərazisində Fərqanə Mirzəməmmədovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxsin "ZİL" markalı avtomaşının sürücüsü, Quba rayon sakini Yaşar Məmmədov olduğu müəyyən edilib.

Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər lenti

Xəbər lenti