...

Millət vəkili Qənirə Paşayeva Qətərdə keçirilən "Doha-Forum"da bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 1 İyun 2010 11:58 (UTC +04:00)
Qətərin Doha şəhərində keçirilən 10-cu "Doha-Forum"da iştirak edən millət vəkili Qənirə Paşayeva bir sıra dövlət başçıları ilə görüşlər keçirib. O, Qətər dövlətinin Əmiri Şeyx Həməd bin Al Tani ilə görüşüb. Əmir iki ölkə arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə böyük önəm verdiklərini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva Qətərdə keçirilən "Doha-Forum"da bir sıra görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir T.Hacıyev/

Qətərin Doha şəhərində keçirilən 10-cu "Doha-Forum"da iştirak edən millət vəkili Qənirə Paşayeva bir sıra dövlət başçıları ilə görüşlər keçirib. O, Qətər dövlətinin Əmiri Şeyx Həməd bin Al Tani ilə görüşüb. Əmir iki ölkə arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə böyük önəm verdiklərini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlamasına, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan vermədiyini vurğulayan millət vəkili Qənirə Paşayeva, Qətər dövlətinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycanın mövqeyini və ədaləti dəstəkləməsinə görə Əmir Şeyx Həməd bin Al Taniyə təşəkkür edib və bu dəstəyin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə azərbaycanlıların inandıqlarını bildirib.

Millət vəkili forum çərçivəsində Finlandiya Prezidenti Tarja Halonen ilə də görüşüb. Azərbaycan - Finlandiya münasibətləri, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Makedoniya Prezidenti ilə görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyən Georgi İvanov bildirib ki, iki ölkənin beynəxalq arenada bir-birini qarşılıqlı dəstəkləməsini vacib və əhəmiyyətli sayıb.

Millət vəkili Makedoniya Prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib və fikir mübadiləsi aparılıb.

Millət vəkili Ermənistanın BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayaraq, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə qayıtmasına imkan vermədiyini vurğulayaraq, beynəlxalq ictimaiyyətin bununla bağlı Ermənistana təzyiqlərinin artmasının vacibliyini bildirib.

Millət vəkili forum çərçivəsində, həmçinin, İordaniya kraliçası Rania, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski, Livanın sabiq prezidenti Əmin Gemayel və Suriyanın sabiq iqtisadiyyat naziri ilə də görüşüb.

Xəbər lenti

Xəbər lenti