...

Şamaxıda "Naməlum türk əsgərinin məzarı" abidəsinin açılışı olub (FOTO)

Siyasət Materials 5 İyun 2010 13:52 (UTC +04:00)

Azərbaycan, Şamaxı, 5 iyun /Trend, müxbir Ü.Sadıxova/

Şamaxıda "Naməlum türk əsgərinin məzarı" abidəsi açılışı olub və parkın təməli qoyulub.

"Ümid edirəm ki, bizim burada əkdiyimiz bütün ağaclar Azərbaycan və Türkiyənin birliyi və həmrəyliyi kimi möhkəm köklərə malik olacaq və bu cür əbədi olacaq", - Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc "Naməlum türk əsgərinin məzarı" abidəsinin açılışında deyib.

Azərbaycan-Türkiyə dostluq parkının salınması layihəsini Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc irəli sürüb və Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənib.

"Bu gün bizim üçün bayramdır. Biz istəyirik ki, Azərbaycan-Türkiyə dostluq parkı kimi layihələr çoxalsın və biz buna hər cür kömək və dəstək göstrəməyə hazırıq", - səfir deyib.

Səfir, eləcə də Türkiyə səfirliyinin əməkdaşları, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri park ərazisində ağacların əkilməsində iştirak ediblər. Park 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım həyata keçirdiyi vaxt Qafqaz İslam Ordusunun döyüşlərində iştirak edən türk əsgərinin məzarı yanında salınıb.

Xəbər lenti

Xəbər lenti