RED. əlavəsi: Azərbaycan və Türkiyə prezidentlərinin görüşü barədə AzərTAc-ın məlumatı əlavə olunub
Bazar ertəsi İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafında məmnunluq ifadə olunub, yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın və bu əməkdaşlığın regional əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, təbii qazla bağlı imzalanacaq sənədlər Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni bir mərhələ olacaq.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.