...

ATƏT-in Türkmənistandakı Mərkəzi məhbus qadınların hüququ mövzusunda seminar keçirib

Siyasət Materials 15 İyun 2010 12:20 (UTC +04:00)
Aşqabadda ATƏT-in təşkilatçılığı ilə məhbuslarla, xüsusilə də məhbus qadınlarla davranış üzrə beynəlxalq hüquqi standartlara həsr olunan seminar başa çatıb.
ATƏT-in Türkmənistandakı Mərkəzi məhbus qadınların hüququ mövzusunda seminar keçirib

Türkmənistan, Aşqabad, 15 iyun /Trend, müxbir H.Həsənov/

Aşqabadda ATƏT-in təşkilatçılığı ilə məhbuslarla, xüsusilə də məhbus qadınlarla davranış üzrə beynəlxalq hüquqi standartlara həsr olunan seminar başa çatıb. Bu barədə ATƏT Mərkəzinin press-relizində deyilir.

Üçgünlük kurs penitensiar idarə və DİN əməkdaşları üçün nəzərdə tutulub. Onlar hamilə məhbus qadınların sağlamlığının, eləcə də körpəyə süd verən məhbus qadınların və penitensiar yerlərdə uşaqlı qadınların qayğısına qalmaq sahəsindəki təcrübə ilə tanış olmaq imkanı əldə ediblər.

"Bu kurs konkret və spesifik tələbatları olan məhbus qadınların hüquqlarını təmin etməklə bağlı yeni biliklərin əldə olunmasına kömək etdi", - Mərkəzin əməkdaşı Beqonya Pineyro-Kostas bildirib.

Seminarda mühazirəçi qismində Avstriya, Bolqarıstan və Latviyadan aparıcı beynəlxalq ekspertlər iştirak ediblər.

Mərkəz kurs iştirakçılarına və Polis Akademiyasına məhbusların hüququ və sağlamlığının müdafiəsi üzrə informasiya materiallları təqdim edib.

Xəbər lenti

Xəbər lenti