...

Gürcüstanda keçirilən seçkilərdə beynəlxalq standartlara yaxınlaşmaqda əhəmiyyətli irəliləyiş əldə olunub - Avropa komissarı Ştefan Fule

Siyasət Materials 18 İyun 2010 14:43 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fule ilə görüşüb.
Gürcüstanda keçirilən seçkilərdə beynəlxalq standartlara yaxınlaşmaqda əhəmiyyətli irəliləyiş əldə olunub - Avropa komissarı Ştefan Fule

Gürcüstan,Tbilisi, 18 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının genişləndirmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fule ilə görüşüb.

Görüş zamanı tərəflər viza rejiminin sadələşdirilməsi barədə Gürcüstanla Avropa İttifaqı arasında imzalanmış sazişin əhəmiyyətini vurğulayıblar və bu nöqteyi-nəzərdən 2010-cu il 17 iyunu tarixi gün adlandırıblar.

Avropa komissarı beynəlxalq standartlara yaxınlaşmaqda əhəmiyyətli irəliləyişi qeyd edərək, mayın 30-da keçirilən yerli seçkilərə müsbət qiymət verib.

Görüşdə Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının vacibliyi vurğulanıb və ölkənin Aİ ilə əlaqələrinin inkişafında mühüm rol oynayan məsələlər müzakirə olunub. Onlar arasında yenidən qəbulolunma haqqında sazişlə birlikdə, viza rejiminin sadələşdirilməsi haqqında razılaşma; assosiasiyalaşdırma haqqında sazişin əhəmiyyəti; çoxəhatəli azad ticarət haqqında sazişin təsdiq olunması üçün hazırlıq prosesinin vaxtında başa çatmasının vacibliyi kimi məsələlər vardır.

Tərəflər Şərq tərəfdaşlığı çərçivəsində Gürcüstanın fəal iştirakının əhəmiyyətini vurğulayıblar. Həmçinin, Gürcüstanda təhlükəsizlik və stabilliyin saxlanılmasında Avropa İttifaqının rolu qeyd olunub.

Xəbər lenti

Xəbər lenti