...

Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 İyul 2010 15:53 (UTC +04:00)
Akademiya rəisi Ramiz Nağıyev tədbirdə çıxış edərək deyib ki, tədris ilində akademiyanı əyani şöbə üzrə 116, qiyabi şöbə üzrə isə 145 məzun bitirir.
Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (ƏLAVƏ OLUNUB)

RED. əlav.: nazirin çıxışı əlavə olunub

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Akademiya rəisi Ramiz Nağıyev tədbirdə çıxış edərək deyib ki, tədris ilində akademiyanı əyani şöbə üzrə 116, qiyabi şöbə üzrə isə 145 məzun bitirir.

Daxili işlər nazir Ramil Usubov çıxışında Azərbaycan polisinin ölkə həyatında oynadığı roldan, dövlətə sədaqətlə xidmət etdiyindən danışıb.

"Prezident İlham Əliyevin Azərbaycanın qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər daxili işlər orqanları sistemində fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayır", - nazir deyib.

Nazir bildirib ki, dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının alınmasında, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və quldur dəstələrinin ləğv edilməsində, əllərdə qanunsuz saxlanılan odlu silahların yığılmasında daxili işlər orqanlarının əməkdaşları ölkənin hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə qətiyyət nümayiş etdirdilər.

Usubov əməkdaşların ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyəti üçün hər cür imkanlar yaradıldığını və bu sahələrdə işin davam etdirildiyini deyib.

Müdavimlərin beş il Polis Akademiyasında mükəmməl təhsil aldıqlarını, müxtəlif biliklərə yiyələndiklərini nəzərə çatdıran nazir, bu bilik və vərdişlərin praktikada uğurlu tətbiqinə, Azərbaycan polisinin gələcəyi olan məzunların daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini bildirib.

Usubov deyib ki, son illər Azərbaycanda odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb.

Nazir əhalidən odlu silahların yığılması səviyyəsinin yüksəldiyini deyib.

Tədbirdə məzunlar rütbələr və mükafatlarla təltif olunublar. Daha sonra məzunların təntənəli keçidi olub.

Xəbər lenti

Xəbər lenti