...

Prezident iqamətgahında geniş tərkibdə Gürcüstan-ABŞ görüşü keçirilib

Siyasət Materials 5 İyul 2010 18:12 (UTC +04:00)
Gürcüstan Prezidentinin Avlabari iqamətgahında geniş tərkibdə Gürcüstan-ABŞ görüşü keçirilib.
Prezident iqamətgahında geniş tərkibdə Gürcüstan-ABŞ görüşü keçirilib

Gürcüstan, Tbilisi, 5 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidentinin Avlabari iqamətgahında geniş tərkibdə Gürcüstan-ABŞ görüşü keçirilib.

Görüşdə dövlət katibi Hillari Klinton ilə birlikdə Amerika tərəfindən ABŞ-ın Gürcüstandakı səfiri Con Bas, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon, dövlət katibinin energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstar, Milli Təhlükəsizlik Şurasının direktoru Elizabet Şervud-Sandal, Dövlət Departamentinin qadın şöbəsinin rəhbəri Melani Verveus iştirak ediblər.

Görüşdə gürcü tərəfindən Prezident Mixail Saakaşvili, Baş nazir Nika Qilauri, Milli Təhlükəsizlik Şurasının katibi Eka Tkeşelaşvili, xarici işlər naziri Qriqol Vaşadze, xarici işlər nazirinin müavini Georgi Bokeriya, xarici işlər nazirliyinin ABŞ departamentinin rəhbəri Otar Berdzenişvili, daxili işlər nazirinin müavini Eka Zquladze, iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya, müdafiə nazirinin müavini Nika Vaşakidze, Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya iştirak ediblər.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident Saakaşvili və dövlət katibi Hillari Klinton arasında təkbətək görüş olub.

Xanım Klinton Prezident iqamətgahından köhnə Tbilisiyə gedəcək və Dostluq körpüsünə baxacaq.

Xəbər lenti

Xəbər lenti