...

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü münasibətilə bayram tədbirləri keçiriləcək

Siyasət Materials 12 İyul 2010 15:24 (UTC +04:00)
Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü ilə əlaqədar bayram tədbirləri keçiriləcək
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin ildönümü münasibətilə bayram tədbirləri keçiriləcək

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümündə bayram tədbirləri keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat veriblər. Məlumatda deyilir ki, iyulun 14-də saat 21:00-da Milli Parkda Saat qülləsinin yanında, Ağ fəvvarənin qarşısında təntənəli bayram konserti və atəşfəşanlıq təşkil olunacaq.

Ümummilli lider 1969-cu il iyulun 14-də ilk dəfə Azərbaycan rəhbərliyinə gəlib və həmin dövrdən ömrünü Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr edib.

Xəbər lenti

Xəbər lenti