...

Prezident İlham Əliyev əvvəl imzalanmış bir sıra sənədləri təsdiq edilb

Siyasət Materials 15 İyul 2010 06:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev əvvəl imzalanmış sənədlərin təsdiq edilməsi barədə bir sıra sərəncam imzalayıb. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.
Prezident İlham Əliyev əvvəl imzalanmış bir sıra sənədləri təsdiq edilb

Azərbaycan Prezidenti İlham Əliyev əvvəl imzalanmış sənədlərin təsdiq edilməsi barədə bir sıra sərəncam imzalayıb. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.

Prezident İlham Əliyev aşağıdakı sərəncamları imzalayıb:

2009-cu il noyabrın 13-də Sofiya şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye və Energetika nazirliyi və Bolqarıstan Respublikası iqtisadiyyat, energetika və turizm nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu"nun təsdiq edilməsi barədə sərəncam;

1999-cu il noyabrın 22-də Lüksemburq şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Avropa Birliyi statistika bürosu arasında xarici ticarət üzrə statistika məlumatlarının mübadiləsinə dair saziş"in təsdiq edilməsi haqqında sərəncam;

2010-cu il aprelin 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal statistika idarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında birgə niyyət bəyannaməsi"nin təsdiq edilməsi barədə sərəncam;

2010-cu il mayın 13-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyi və Serbiya Respublikasının Xarici Işlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol"un təsdiq edilməsi barədə sərəncam;

2010-cu il aprelin 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyasının Stavropol diyari hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş"in təsdiq edilməsi barədə sərəncam;

Azərbaycan respublikası və Iordaniya Haşimilər Krallığı arasında 2010-cu il mayın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında sərəncam;

2010-cu il fevralın 2-də Baki şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Rumıniya Iqtisadiyyat, ticarət və biznes mühiti nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu"nun təsdiq edilməsi barədə sərəncam;

Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında 2010-cu il mayın 24-də Bakı şəhərində imzalanmış sənədlər haqqında sərəncam;

Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2010-cu il iyunun 3-də Bakı şəhərində imzalanmış sənədlər haqqında sərəncam.

Xəbər lenti

Xəbər lenti