...

Azərbaycanın xarici işlər naziri Macarıstan və Polşa səfirlərini fəaliyyət müddətlərinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 15 İyul 2010 18:37 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan və Polşanın ölkəmizdəki səfirləri Yeno Boroşu və Kşiştof Krayevskini ölkəmizdə fəaliyyət müddətlərinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycanın xarici işlər naziri Macarıstan və Polşa səfirlərini fəaliyyət müddətlərinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan və Polşanın ölkəmizdəki səfirləri Yeno Boroşu və Kşiştof Krayevskini ölkəmizdə fəaliyyət müddətlərinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı səfir Yeno Boroş Azərbaycanda Macarıstanın səfiri olmasından məmnun olduğunu bildirib. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığını yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan səfir fəaliyyəti zaman göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib.

Krayevski səfir ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini qeyd edib. Səfir vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır və hər iki xalqın mənafeyinə xidmət edir. O, səfir kimi işlədiyi dövr ərzində iki ölkə arasında əlaqələrin davamlı olaraq inkişaf etdiyini ifadə edib və gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Məmmədyarov səfirlərə xoş arzularını bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti