...

Avropa İttifaqı Gürcüstana və gürcü xalqına dəstəyi davam etdirəcək – Aİ vitse-prezidenti

Siyasət Materials 16 İyul 2010 14:23 (UTC +04:00)
Avropa İttifaqı gələcəkdə də Gürcüstana və gürcü xalqına dəstəyi davam etdirəcək. Belə bir bəyanatla Aİ-nin beynəlxalq işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı, Avropa İttifaqının vitse-prezidenti, baronessa Ketrin Eşton bəyan edib.
Avropa İttifaqı Gürcüstana və gürcü xalqına dəstəyi davam etdirəcək – Aİ vitse-prezidenti

Gürcüstan, Tbilisi, 16 iyul /Trend, müxbir N.Kirsxaliya/

Avropa İttifaqı gələcəkdə də Gürcüstana və gürcü xalqına dəstəyi davam etdirəcək. Belə bir bəyanatla Aİ-nin beynəlxalq işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı, Avropa İttifaqının vitse-prezidenti, baronessa Ketrin Eşton bəyan edib.

"Mənim Gürcüstana səfərim iki məqsəd güdür. Birincisi - Gürcüstanın Aİ ilə assosiasiyalaşma haqda saziş üzrə danışıqları və ikincisi, Aİ müşahidəçi missiyasının işi ilə tanış olmaq. Bu çox vacibdir və mən ümid edirəm, bütün problemlər siyasi yolla həll olunacaq", - baronessa bildirib.

Ketrin Eşton bu gün işğal olunmuş sərhədyanı Axalqor rayonunun Odzisi kəndində Aİ müşahidəçi missiyasının nümayəndələri ilə görüşüb.

Eşton, həmçinin, Cənubi Osetiyadan qovulmuş gürcü qaçqınların kompakt yaşadıqları Serovani kəndində də olub. O, bir neçə qaçqın evində olub və onlarla söhbət edib. Baronessa onların Serovanidə nə vaxtdan və hansı şəraitdə yaşadıqları ilə maraqlanıb.

Qaçqınlar Gürcüstan hakimiyyətindən onlar üçün yaratdığı şəraitə görə razı qaldıqlarını, lakin evlərini istədiklərini və bu məsələdə Aİ-yə ümid etdiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti