...

Ukrayna GUAM çərçivəsində iqtisadi layihələrin fəallaşdırılmasına tərəfdardır – XİN rəhbəri

Siyasət Materials 19 İyul 2010 14:58 (UTC +04:00)
Ukrayna GUAM çərçivəsində iqtisadi layihələrin fəallaşdırılmasına tərəfdardır. GUAM çərçivəsində irəliləməsinə ehtiyac olan kifayət qədər layihələr var.
Ukrayna GUAM çərçivəsində iqtisadi layihələrin fəallaşdırılmasına tərəfdardır – XİN rəhbəri

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/

Ukrayna GUAM çərçivəsində iqtisadi layihələrin fəallaşdırılmasına tərəfdardır. GUAM çərçivəsində irəliləməsinə ehtiyac olan kifayət qədər layihələr var. Bu barədə jurnalistlərə bazar ertəsi Bakıda Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko bildirib.

GUAM uzun müddət siyasiləşmiş təşkilat kimi mövcud olub. İndi isə iqtisadi yönümlü layihələri inkişaf etdirmək lazımdır. Ukraynalı nazir belə hesab edir. "GUAM-ın fəaliyyəti yenilənəndən sonra onun işi əhəmiyyətli dərəcədə dəyişməlidir və başlıca diqqət enerji layihələrinə, yükdaşımaları və digər məsələlərə yönəldilməlidir", - Qrişenko bildirib.

GUAM-ın formatı keçmiş sovet ölkələri tərəfindən 1997-ci ildə Strasburqda Avropa Şurası dövlətləri rəhbərlərinin sammitində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin dörd il sonra təşkilatı tərk edib. 2006-cı ildə bu formatın Kiyevdə keçirilən sammitində GUAM-ın beynəlxalq təşkilat kimi yenilənərək yeni adla - Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM-a çevrilməsi haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti