...

Azərbaycan Respublikasının Prezidenti Isveçrə Konfederasiyasının Prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 31 İyul 2010 17:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti Isveçrə Konfederasiyasının Prezidentinə təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti Isveçrə Konfederasiyasının Prezidentinə təbrik məktubu  göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  İsveçrə Konfederasiyasının Prezidentini, Doris Loythardanı Konfederasiyanın yaranması günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Təbrik məktubunda ölkə prezidenti , Azərbaycan-İsveçrə münasibətlərinin hərtərəfli inkişaf yolunda olduğunu qeyd edib.

Ölkə başçısı onu da vurğulayıb ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi sahəsində addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Prezident İlham Əliyev dost İsveçrə xalqına sülh və rifah diləyib

Xəbər lenti

Xəbər lenti