...

Azərbaycanın İranla sərhədində narkotik vasitələrin silahlı şəxslər vasitəsilə keçirilmə cəhdləri davam edir - DSX rəisi

Siyasət Materials 18 Avqust 2010 10:30 (UTC +04:00)
Trend-in məlumatına görə, DSX rəisi Elçin Quliyev çərşənbə günü jurnalistlərə bildirib ki, Azərbaycanın İranla sərhədində bu məsələ ilə bağlı narahatlıq var və əməliyyat şəraiti gərgin olaraq qalır.
Azərbaycanın İranla sərhədində narkotik vasitələrin silahlı şəxslər vasitəsilə keçirilmə cəhdləri davam edir - DSX rəisi

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M.Əliyev/

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycanın İranla sərhədində narkotik vasitələrin silahlı şəxslər vasitəsilə keçirilməsi cəhdlərinin davam etdiyini deyir.

Trend-in məlumatına görə, DSX-nin rəisi Elçin Quliyev çərşənbə günü jurnalistlərə bildirib ki, Azərbaycanın İranla sərhədində bu məsələ ilə bağlı narahatlıq var və əməliyyat şəraiti gərgin olaraq qalır.

"Bir neçə gün öncə İranla sərhəddə belə bir hal baş verib və sərhədçilərin gördüyü tədbirlər nəticəsində, Azərbaycana qaçaqmal yolu ilə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb", - Quliyev deyib.

DSX rəisinin sözlərinə görə, əməliyyat nəticəsində külli miqdarda siqaret və narkotik vasitə aşkarlanıb, silahlı sərhəd pozucularından biri zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti