...

Səudiyyə Ərəbistanı Kralı ölkə vətəndaşlarını Pakistan xalqının xilası üçün humanitar kampaniyaya qoşulmağa çağırıb

Siyasət Materials 24 Avqust 2010 15:29 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Kralı Abdulla Bin Əbdül Əziz əl-Səud ölkə vətəndaşlarını güclü daşqınlardan ziyan çəkmiş Pakistan əhalisi üçün vəsait toplanması üzrə humanitar kampaniyaya qoşulmağa çağırıb. Bu barədə ölkənin Bakıdakı Səfirliyinin yaydığı rəsmi məlumatda bildirilir.
Səudiyyə Ərəbistanı Kralı ölkə vətəndaşlarını Pakistan xalqının xilası üçün humanitar kampaniyaya qoşulmağa çağırıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Ü.Sadıqova/

Səudiyyə Ərəbistanı Kralı Abdulla Bin Əbdül Əziz əl-Səud ölkə vətəndaşlarını güclü daşqınlardan ziyan çəkmiş Pakistan əhalisi üçün vəsait toplanması üzrə humanitar kampaniyaya qoşulmağa çağırıb. Bu barədə ölkənin Bakıdakı Səfirliyinin yaydığı rəsmi məlumatda bildirilir.

Səudiyyə monarxı krallığın bütün əhalisinə, təşkilatlar və xarici şirkətlər də daxil olmaqla, şirkətlərə təcili olaraq təbii fəlakətdən ziyan çəkən pakistanlılara zəruri humanitar yardımın göstərilməsi üçün mümkün qədər çox ianə verməyə çağırıb.

Pakistanda güclü leysan yağışlarının səbəb olduğu daşqınlar son 80 il ərzində regionda ən güclü daşqınlar sayılır. Təbii fəalkət nəticəsində minlərlə ev dağılıb, daha çox ziyan dəyən regionlarda sel-sularının güclü axını bütöv kəndləri yuyub-aparıb. Son məlumatlara görə, daşqınlardan bu və ya digər dərəcədə ziyançəkən pakistanlıların sayı 20 milyon nəfər təşkil edir; 1,6 mindən çox adam həlak olub.

Bununla yanaşı, Səudiyyə Ərəbistanından Pakistana avqustun əvvəllərində yaradılan hava körpüsü vasitəsilə humanitar yardımların daxil olması davam edir. İndiyədək Səudiyyə Ərəbistanına məxsus təyyarələr 22 aviareys həyata keçirərək, Pakistanın Kvetta, Pişəvər, Lahor və Multan şəhərlərinə onlarca ton ərzaq və dərman, çadırlar, geyim və ilkin tələbat malları çatdırıblar.

Ölkədə keçirilən Pakistan üçün ianə toplanması üzrə xeyriyyə kampaniyası çərçivəsində, Kral Səudiyyə Ərəbistanı əhalisi adından 300 milyon Səudiyyə rialı (80 milyon dollar) təqdim edib. Xeyriyyə kampaniyasının keçirilməsi üzrə komitə daşqından ziyan çəkmiş rayonlara göndərilmək üçün 200 ton ərzaq hazırlayıb.

Xəbər lenti

Xəbər lenti