...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun beynəlxalq təşkilatda fəaliyyəti məqbul sayılıb

Siyasət Materials 8 Sentyabr 2010 11:02 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsində təmsilçiliyinin saxlanılması məqbul hesab edilib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun beynəlxalq təşkilatda fəaliyyəti məqbul sayılıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsində təmsilçiliyinin saxlanılması məqbul hesab edilib. Bu barədə Trend-ə DSMF İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirib.

Onun sözlərinə görə, Fransanın paytaxtı Paris şəhərində BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsi üzvlərinin görüşündə Azərbaycan tərəfinin fəaliyyəti yüksək qiymətləndirilib və DSMF-nin Rəhbər Komitədə iştirakının səmərəli olduğu bildirilib.

Polşa, Fransa, Almaniya, İtaliya və İsveçin sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxslərinin iştirak etdikləri görüşdə Azərbaycanı DSMF sədr müavini Zakir Babayev təmsil edib.

Azərbaycan 2004-cü ildə BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvü seçilib.

Xəbər lenti

Xəbər lenti