...

Latviyanın sabiq prezidenti Milli Məclisdə görüş keçirib

Siyasət Materials 14 Sentyabr 2010 22:59 (UTC +04:00)
"Azercell"in "İnsan alverinə son qoyaq" kampaniyasına dəstək çərçivəsində Bakıda səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa Milli Məclisdə "Building a Europe for and with children" (“Avropanın uşaqlar üçün və uşaqlarla qurulması”) komissiyası ilə görüş keçirib.
Latviyanın sabiq prezidenti Milli Məclisdə görüş keçirib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

"Azercell"in "İnsan alverinə son qoyaq" kampaniyasına dəstək çərçivəsində Bakıda səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa Milli Məclisdə "Building a Europe for and with children" ("Avropanın uşaqlar üçün və uşaqlarla qurulması") komissiyası ilə görüş keçirib. Bu barədə Trend-ə "YES Azərbaycan" Beynəlxalq Məşvərət Qrupunun üzvü Rövşən Muradov bildirib.

Komissiyanın katibi, millət vəkili Gülər Əhmədova ölkəmizin birinci xanımı, millət vəkili xanım Mehriban Əliyevanın rəhbərliyi ilə komissiyanın yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib. Qarabaq müharibəsinin ağır nəticələri qeyd olunub.

Millət vəkili Qənirə Paşayeva isə xanım eks-prezidentə onun Azərbaycanın dostu olduğuna görə dərin təşəkkürünü bildirib. Qeyd olundu ki, Avropada mövcud olan 2,5 milyon qaçqının 1 milyonu tək Azərbaycanın payına düşür, hələ də BMT-nin 4 qətnaməsi icra olunmayıb.

Xəbər lenti

Xəbər lenti