...

Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoyublar - Baş nazir Ərdoğan

Siyasət Materials 16 Sentyabr 2010 07:05 (UTC +04:00)
Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoyublar, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında birgə bəyannamənin imzalanma mərasimindən sonra deyib.
Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoyublar - Baş nazir Ərdoğan

TürkiyəAzərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoyublar, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında birgə bəyannamənin imzalanma mərasimindən sonra deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Prezidenti mərhum Heydər Əliyevin "bir millət, iki dövlət" kimi tərif verdiyi Türkiyə-Azərbaycan əməkdaşlığında arzu edilən və hədəflənən bir nöqtəni, hətta bir zirvəni bu gün həyata keçirir, tarixi bir səhifə yazırıq. Hörmətli Əliyevin o müdrik ifadəsinin həyat verdiyi anlayış az əvvəl dəyərli qardaşım İlham Əliyevlə birlikdə imzaladığımız Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq bəyannaməsi ilə artıq yeni bir məna qazanmışdır. Mən bu dostluğun gələcək nəsillərimizə də gücləndirilərək çatdırılmasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasını daimi bir əsər kimi gördüyümü xüsusi vurğulamaq istəyirəm. Belə ki, Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar.  Bu sağlam zəmin üzərində qurulan, "bir millət, iki dövlət" prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır. İnanıram ki, Şura mexanizmi sayəsində Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərimizə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik. Əvvəllər də Suriya, İordaniya, Livan, İraq, Rusiya və Yunanıstan kimi ölkələrlə də yaratdığımız bu mexanizmin istər ikitərəfli, istərsə də regional əməkdaşlığın genişləndirilməsinə vermiş olduğu nəzərəçarpacaq faydalarını bu qısa müddətdə belə müşahidə etmək imkanımız oldu. Bu mexanizmin Türkiyə-Azərbaycan əməkdaşlığına da böyük töhfələr verəcəyi şübhəsizdir. Belə ki, Şura çərçivəsində yaradılacaq alt komissiyalar əlaqələrimizin hər sahədə müntəzəm olaraq nəzərdən keçirilməsini təmin edəcək, həm müsbət sahələrdəki irəliləyişlərin qorunmasına, həm də ictimai fikirdə formalaşmış bir sıra nöqsanların təcili aradan götürülməsinə yardım edəcəkdir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası, eyni zamanda, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Atatürklə "bir millət, iki dövlət" deyən mərhum Heydər Əliyevdən aldığımız bayrağı daha da irəliyə aparmaq qətiyyətinin bir təzahürüdür", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir.

"Bu əlamətdar gündə mən Şuranın yaradılması mərhələsində göstərdiyi əməkdaşlıq üçün dəyərli qardaşım, hörmətli Prezident İlham Əliyevə xüsusilə təşəkkür etmək istəyirəm.

Bu işdə böyük fədakarlıq və səylə çalışaraq sazişin qısa müddətdə təsdiq olunma mərhələsinə gəlməsini təmin edən rəsmilərimizə, nazir dostlarıma, məmurlarımıza da təşəkkürümü bildirmək istəyirəm. Çıxışımın əvvəlində də söylədiyim kimi, Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir. Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası bu qardaşlığı möhkəmləndirən daimi bir əsər olacaqdır. Bu düşüncələrlə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının istər ikitərəfli əlaqələrimiz, istərsə də regional əməkdaşlıq naminə uğurlu olmasını diləyir, sevgi və hörmətlərimi ifadə edirəm", - Ərdoğan deyib.

Onun sözlərinə görə, türk dilində danışan ölkələr türk dilini öz aralarında danışa biləcək səviyyəyə gətirməyi arzu edirlər.

"Əlbəttə, türk dilində danışan ölkələr arasındakı bu toplantı illərdir həyata keçirilən bir tədbir olaraq davam etməkdədir. Bu il təkrar toplaşmışıq. Bu il bunu, inşallah, daha da möhkəmləndirərək gələcəyə aparmaq üçün qətiyyət göstərəcəyik. Bunu gələcəyə istiqamətlənmiş işlərimizlə, xüsusilə Azərbaycan və Türkiyə arasındakı münasibətləri daha da inkişaf etdirərək davam etdirməyə çalışacağıq. Bildiyiniz kimi, Türkmənistan, Qırğızıstan, Qazaxıstan da burada iştirak edir. Görülən bu işləri gələcək nəsillərə fərqli bir formada çatdırmağı, həqiqətən türk dilini öz aramızda danışa biləcəyimiz səviyyəyə gətirməyi arzu edirik. Doğrusu, mən açıq danışmağı sevirəm. Yəni, biz aramızda fərqli dildə deyil, türk dilində danışaraq bu işi həyata keçirə bilərik, bunun həsrəti içərisindəyik, bunu arzulayırıq. Bir az əvvəl İlham qardaşımla bu barədə danışdıq, buna nail olmalıyıq dedik. Arzu edirəm ki, bunu yalnız sözdə deyil, əməl də icra edək", - Ərdoğan deyib.

Xəbər lenti

Xəbər lenti