...

Brüsseldə Aİ-nin Avropa Qonşuluğu Siyasəti ölkələri ilə əməkdaşlığına dair layihələri müzakirə olunacaq

Siyasət Materials 27 Sentyabr 2010 15:27 (UTC +04:00)
Oktyabrın 5-də və 6-da Brüsseldə Avropa İttifaqının Şərqi və Cənubi qonşuluq siyasəti ölkələri ilə əməkdaşlığı mövzusunda üç seminarı keçiriləcək. Görüşlər spesifik proqram və təşəbbüslərə həsr olunacaq.
Brüsseldə Aİ-nin Avropa Qonşuluğu Siyasəti ölkələri ilə əməkdaşlığına dair layihələri müzakirə olunacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Y.Ostapenko/

Oktyabrın 5-də və 6-da Brüsseldə Avropa İttifaqının Şərqi və Cənubi qonşuluq siyasəti ölkələri ilə əməkdaşlığı mövzusunda üç seminarı keçiriləcək. Görüşlər spesifik proqram və təşəbbüslərə həsr olunacaq.

Mehriban Qonşuluq Proqramının (ENPI) informasiya resursunun EuropeAidə istinadən verdiyi məlumata görə, seminar hər il keçirilən region və şəhərlərdə səkkizinci Avropa həftəsinin "Açıq günlər"i çərçivəsində keçirilir.

Birinci seminar - Avropa Qonşuluğu Siyasəti regionda yerli hakimiyyət orqanlarının rolunun möhkəmləndirilməsinə həsr olunacaq. Aİ-nin AQS ölkələrində yerli hakimiyyəti dəstəkləməsi yolları və regionların sabit inkişafında onların rolunun möhkəmləndirilməsi müzakirə olunacaq.

Avropa Qonşuluğu Siyasəti ölkələrinin dəstəklənməsi ilə əlaqədar, əməkdaşlığın əsas proqramı CIUDAD (şəhərsalma sahəsində əməkdaşlıq və dialoq) proqramıdır. Proqrama 14 milyon avro ayrılıb.

Həmçinin, Avropa Qonşuluğu Siyasətinə daxil olan ölkələrin şəhərlərinin Aİ-nin karbon qazı tullantılarının azaldılması üzrə təşəbbüsünə qoşulmasına cəlb edilməsinə beş milyon avro ayrılıb. Bu təşəbbüsə uyğun olaraq, şəhər üzərinə 2020-ci ilədək karbon qazı tullantılarının 20 faizədək azaldılmasına dair öhdəlik götürməlidir.

"Gündəlik həyatımızda biz dərk edirik ki, "Qlobal düşün, lokal hərəkət et" devizi bizm üçün getdikcə daha çox reallığa çevrilir", - "EuropeAid" əməkdaşlığı üzrə büronun direktoru Markus Korparo (Marcus Cornaro) bildirib.

İkinci seminarın mövzusu "Avropanın xarici sərhədlərində transsərhəd əməkdaşlığı: Avropa qonşuluğu və Şərq tərəfdaşlığı" olacaq. Bu görüşdə Avropanın hüdudlarından kənarda əməkdaşlığa can atan regionların üzləşdikləri tapşırıq və imkanlar müzakirə olunacaq.

"Transsərhəd infrastrukturu" adlı üçüncü seminar strateji layihələşdirmədən başlamış seçkilərə, yollara texniki xidmətə, sərhəd məntəqələrinə, körpülərə və digər obyektlərə investisyaların qoyulmasına həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti