...

Azərbaycanın xalq artistinə bıçaqla hücum etməkdə şübhəli şəxs kimi saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbiri seçiləcək

Siyasət Materials 28 Sentyabr 2010 12:22 (UTC +04:00)
Bakının Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov çərşənbə axşamı Trend-ə bildirib ki, xalq artistinə bıçaqla xəsarət yetirdiyi üçün, 32 yaşlı Rüfət Məlikov və Seymur Məmmədov saxlanılıblar və barələrində həbs qətimkan tədbiri seçilməsi üçün sabah Nəsimi Rayon Məhkəməsinə təqdimat göndəriləcək.
Azərbaycanın xalq artistinə bıçaqla hücum etməkdə şübhəli şəxs kimi saxlanılan iki nəfər barəsində həbs qətimkan tədbiri seçiləcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın xalq artisti Faiq Ağayevə və onun iki cangüdəninə bıçaqla hücum etməkdə şübhəli şəxs kimi saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcək.

Bakının Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov çərşənbə axşamı Trend-ə bildirib ki, xalq artistinə bıçaqla xəsarət yetirdiyi üçün, 32 yaşlı Rüfət Məlikov və Seymur Məmmədov saxlanılıblar və barələrində həbs qətimkan tədbiri seçilməsi üçün sabah Nəsimi Rayon Məhkəməsinə təqdimat göndəriləcək.

Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayev özünəməxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Hadisəyə yol hərəkəti iştirakçıları arasında yaranan mübahisə səbəb olub. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə, Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

İsgəndərov deyib ki, hadisənin iştirakçısı olmuş Natəvan Şərifovanın izahatı alındıqdan sonra o, sərbəst buraxılıb. Himayəsində iki azyaşlı uşağı olan Şərifovanın həmin cinayətdə iştirakı ilə bağlı istintaqda sübutlar yoxdur.

Məlikov könüllü surətdə polisə təslim olub. O, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti