...

Əfqanıstanda dörd gürcü hərbçisi həlak olub

Siyasət Materials 1 Oktyabr 2010 11:17 (UTC +04:00)
Dünən Əfqanıstanın Gilmənd əyalətində baş vermiş partlayışda dörd gürcü hərbçisi həlak olub. Bu barədə Trend-ə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.
Əfqanıstanda dörd gürcü hərbçisi həlak olub

Gürcüstan, Tbilisi, 1 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Dünən Əfqanıstanın Gilmənd əyalətində baş vermiş partlayışda dörd gürcü hərbçisi həlak olub. Bu barədə Trend-ə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Həlak olanlar - polkovnik Ramaz Gigiaşvili, gizir David Tsetsxladze, onbaşılar David Kolxikaşvili və Nuqzar Kalandadzedir.

Partlayışın baş verdiyi anda gürcü hərbçiləri patrul xidməti həyta keçirirmişlər.

Gürcüstan Müdafiə Nazirliyi həlak olanların cəsədlərinin vətənə vaxtında gətirilməsi üçün mümkün olan hər şeyi edir.

900 nəfərdən ibarət gürcü kontingenti yayın sonundan Əfqanıstandadır. Bu müddət ərzində bir zabit həlak olub və bir onbaşı yaralanıb.

Xəbər lenti

Xəbər lenti