...

Azərbaycan Prezidenti bp-nin icraçı-direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 7 Oktyabr 2010 14:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də bp-nin icraçı-direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti bp-nin icraçı-direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də bp-nin icraçı-direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə bp arasında uzun illər uğurlu əməkdaşlığın aparıldığını vurğulayıb. Prezident İlham Əliyev bp-nin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda, şirkətin keçmiş icraçı-direktoru Toni Heyvorda Azərbaycan ilə bp arasında əməkdaşlığın genişlənməsi işinə verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Dövlətimizin başçısı Robert Dadlinin rəhbərliyi ilə Azərbaycanla bp arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.

bp-nin icraçı-direktoru Robert Dadli Azərbaycana doqquz il bundan əvvəl səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə inanılmaz və çox böyük inkişafın getdiyinin şahidi olduğunu bildirib. Azərbaycanda yaxşı investisiya mühitinin olduğunu vurğulayan qonaq, bp ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq aparıldığını deyib və bunu yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti