...

Ciddədə "Azərbaycan Xlll İslam Zirvə Görüşünü keçirməyə hazırdır" adı altında təqdimat mərasimi keçirilib

Siyasət Materials 19 Oktyabr 2010 17:33 (UTC +04:00)
XIII İslam Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat keçirilib.
Ciddədə "Azərbaycan Xlll İslam Zirvə Görüşünü keçirməyə hazırdır" adı altında təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Hacıyev/

İslam Konfransı Təşkilatının XIII İslam Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat keçirilib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bununla bağlı Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən "Azərbaycan XIII İslam Zirvə Görüşünü keçirməyə hazırdır" adı altında təqdimat mərasimi keçirilib. Tədbirdə nazir müavini Vaqif Sadıqovun başçılıq etdiyi Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, İKT baş katibi Ekmeleddin İhsanoğlu və İKT-nin digər məsul əməkdaşları, habelə İslam İnkişaf Bankının rəhbərliyinin və Ciddə şəhərində akkreditə olan 50-yə yaxın ölkənin baş konsulluqlarının nümayəndələri iştirak ediblər.

Sadıqov çıxışında Azərbaycan hökuməti, Prezident İlham Əliyev tərəfindən İKT və İKT-yə üzv dövlətlərlə əlaqələrin və hərtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verildiyini, son illər xarici siyasətimizin bu istiqaməti üzrə əldə olunmuş uğurlar, İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin Bakı şəhərində keçirilmiş 33-cü konfransında qəbul olunmuş qərar və qətnamələrin konfrans üçün tarixi əhəmiyyəti, habelə Heydər Əliyev Fondu ilə İKT arasında əməkdaşlıq, o cümlədən, İKT ölkələrinin turizm, mədəniyyət və təhsil nazirlərinin Bakıda müvəffəqiyyətlə keçmiş konfransları barədə məlumat verib, eyni zamanda, İKT-nin növbəti İslam Zirvə Görüşünün Bakıda keçirilməsi üçün Azərbaycan hökumətinin hazır olduğunu bəyan edib.

Sonda nazir müavini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə İKT çərçivəsində qətnamələrin qəbul olunmasında göstərilən dəstəyə görə qardaş İslam ölkələrinə dərin təşəkkürünü bildirib və bu dəstəyin davam edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti