...

Azərbaycanda keçirilən parlament seçkiləri tamamilə qanuni və demokratikdir – Fərəc Quliyev

Siyasət Materials 10 Noyabr 2010 14:12 (UTC +04:00)
Azərbaycanda keçirilən parlament seçkiləri tamamilə qanuni və demokratikdir
Azərbaycanda keçirilən parlament seçkiləri tamamilə qanuni və demokratikdir – Fərəc Quliyev

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçirilən parlament seçkiləri tamamilə qanuni və demokratikdir, bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında 31 saylı II Suraxanı seçki dairəsindən yeni seçilmiş millət vəkili Fərəc Quliyev bildirib.

"Sivil şəkildə uduzmağı bacarmayan bəzi şəxslər cığallıq edirlər və saxtakarlıq olduğunu deyirlər. Bizim mübarizəmiz sivildir və bütün rəqiblərimizə tolerant yanaşırıq", - Quliyev əlavə edib.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Quliyev Azərbaycanın bəzi müxalif partiyalarının seçki təşviqatlarını düzgün təşkil etmədiklərini deyib. Onun sözlərinə görə, müxalifət 17 il ərzində cəmiyyəti təşkilatlandıra bilməyib və ucuz qrantlar dalınca qaçıb.

"AXCP-Müsavat siyasi blokunun liderləri daha bir ənənəçilikdən qurtula bilməyərək, "seçkilərdə qalib gəldik, amma iqtidar nəticələri saxtalaşdıraraq bizi parlamentdən kənarda qoydu" bəhanəsi ilə ağır məğlubiyyətlərinə haqq qazandırmaq niyyətindədirlər. Biz belə bəhanələri 17 ildir eşidirik", - Quliyev qeyd edib.

AXCP-Müsavat blokunun 37 namizədindən heç biri parlament seçkisində uğur qazanda bilməyib.

Xəbər lenti

Xəbər lenti