...

Azərbaycan və Suriya prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 22 Noyabr 2010 19:55 (UTC +04:00)
Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azərbaycan və Suriya prezidentləri arasında telefon danışığı olub

Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsəd bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Suriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Azərbaycan və Suriya prezidentləri ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti