Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir V.Javoronkova/
Azərbaycan neft gəlirlərini intellektual kapitala çevirir və bu istiqamətdə səylərini davam etdirəcək. Bu barədə Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda keçirilən III Cənubi Qafqaz təhlükəsizlik forumunda çıxışında deyib.
Aslanov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çağırışlar və yeni imkanlar" adlı Cənubi Qafqaz təhlükəsizlik forumunda 15-dən artıq ölkənin nümayəndələrinin iştirakını ölkənin intellektual dialoq mərkəzinə çevrilməsinin göstəricisi kimi qiymətləndirib və bunu vacib amil adlandırıb.
Aslanov bildirib ki, Azərbaycan iqtisadi nöqteyi-nəzərdən də inkişafa can atır. Onun sözlərinə görə, dünya iqtisadi böhranı zamanı Azərbaycanın yüksək iqtisadi artım göstəriciləri, eləcə də 2010-cu ilin birinci rübündə, bütün ölkələrin böhrandan çıxmağa başladığı dövrdəki iqtisadi inkişaf buna sübutdur.
Şöbə müdiri Azərbaycanın regional mərkəzə çevrildiyini qeyd edib.