...

Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edir (FOTO)

Siyasət Materials 23 Dekabr 2010 15:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edir
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edir (FOTO)

Dekabrın 23-də İstanbulda, "Çırağan" sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammiti işə başlayıb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Türkiyə Prezidenti Abdullah Gül zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını qarşıladı.

2009-cu ilin martında Tehranda keçirilmiş X Sammitdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad zirvə görüşünü açdı.

İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik İrandan Türkiyəyə keçdi.

Türkiyə Prezidenti Abdullah Gül Sammitdə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmışdır. Təşkilat 1993-cü ildə BMT-də, bir il sonra isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu almışdır. Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistanın üzvü olduğu təşkilatın IX Sammiti 2006-cı ilin mayında Bakıda, X Sammiti isə ötən il Tehranda keçirilmişdi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti