...

"Qarabağ" siyasi blokunun yaradılması ilə bağlı razılıq əldə edilib

Siyasət Materials 28 Dekabr 2010 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/

Ümid və Azərbaycan Demokrat partiyalarının təsisçiliyi ilə "Qarabağ" siyasi blokunun yaradılması ilə bağlı razılıq əldə edilib. Bu barədə Trend-ə çərşənbə axşamı ADP-dən bildiriblər.

ADP-nin mərkəzi qərargahında Ümid Partiyasının sədri İqbal Ağazadə və ADP sədri Sərdar Cəlaloğlu arasında keçirilən görüşdə blokun təsis edilməsi prosesinin 2011-ci il yanvarın birinci ongünlüyündə başlanması qərara alınıb.

Blokun yaradılmasında 2010-cu il parlament seçkiləri ərəfəsində yaradılmış "Qarabağ" seçki blokunun fəaliyyəti də nəzərə alınacaq

ADP, Ümid Partiyası və Aydınlar Partiyasının parlament seçkiləri ilə bağlı yaratdığı "Qarabağ" seçki bloku ötən həftə buraxılıb.

Ümid Partiyasının və ADP-nin sədrləri avqustun 25-də seçkilərdə birgə iştirak etmək üçün "Qarabağ" seçki blokunu yaratmaq barədə qərar qəbul etmişdilər. Aydınlar Partiyası da sonradan bu bloka qoşulmuşdu. Parlament seçkilərində blokun yalnız bir nümayəndəsi mandat qazanıb.

Xəbər lenti

Xəbər lenti