...

Azərbaycan Prezidenti ilə Qafqazda sülh və sabitlik məsələlərini müzakirə etdik – Gürcüstan XİN rəhbəri

Siyasət Materials 19 Yanvar 2011 11:12 (UTC +04:00)
Bakıda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüş zamanı Qafqazda sülhün və sabitliyin bərqərar olması məsələləri müzakirə olunub. Bu barədə Azərbaycan Prezidenti ilə görüşdən sonra gürcü jurnalistlərə açıqlamasında Vaşadze bildirib.
Azərbaycan Prezidenti ilə Qafqazda sülh və sabitlik məsələlərini müzakirə etdik – Gürcüstan XİN rəhbəri

Gürcüstan, Tbilisi, 19 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Bakıda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüş zamanı Qafqazda sülhün və sabitliyin bərqərar olması məsələləri müzakirə olunub. Bu barədə Azərbaycan Prezidenti ilə görüşdən sonra gürcü jurnalistlərə açıqlamasında Vaşadze bildirib.

Görüş Gürcüstan XİN rəhbərinin Azərbaycan ikigünlük səfəri çərçivəsində baş tutub.

Vaşadzenin sözlərinə görə, Azərbaycan Prezidenti regionda tezliklə sülhə və sabitliyə nail olunmasının vacibliyini vurğulayıb.

"İkitərəfli siyasi və iqtisdi əlaqələr sahəsində məsələlərin geniş spektrini, eləcə də beynəlxalq təşkilatlarda Gürcüstan və Azərbaycanın əməkdaşlığınını aktual mövzularını müzakirə etdik", - Gürcüstan XİN rəhbəri jurnalistlərə deyib.

"Görüşdə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozonun Bakıya səfərinin yekunları barədə söhbət açıldı və bu kontekstdə Gürcüstan və Azərbaycanın iqtisadi səylərini birləşdirəcək gələcək layihələr nəzərdən keçirildi. Geniş aspektdə regional təhlükəsizlik və mövcud vəziyyət barədə danışdıq", - Qriqol Vaşadze bildirib.

Yanvarın 19-da səfər çərçivəsində Gürcüstan XİN rəhbərinin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və nəqliyyat naziri Ziya Məmmədovla görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti