Evakuasiya edilən azərbaycanlılar barədə məlumat əlavə olunub (ilk xəbər 1 fevral 13:23-də dərc edilib)
Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir S.Ağayeva/
Daha iyirmi Azərbaycan vətəndaşı Misirdən evakuasiya edilib.
Çərşənbə günü gecə Türkiyənin Misirdəki səfirliyinin yardımı sayəsində "Türk Hava Yolları"nın təyyarəsi ilə daha altı Azərbaycan vətəndaşı Misirdən İstanbula göndərilib. Onlar İstanbuldan AZAL-ın Türkiyədəki nümayəndəliyinin köməyi ilə Bakıya yola salınacaqlar. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.
Səfirin sözlərinə görə, daha yeddi Azərbaycan vətəndaşı Misir Hava yolları təyyarəsiylə bu gün səhər İstanbula göndəriləcək. Hazırda Misirin Şarm-əş-Şeyx şəhərində olan daha doqquz azərbaycanlı Rusiyanın "Transaero" şirkətinin təyyarəsi ilə Moskvaya göndəriləcək. Onlar Moskvadan AZAL-ın Rusiyadakı nümayəndəliyinin köməyi ilə Bakıya yola salınacaqlar.
İsgəndəriyyənin ali məktəblərində təhsil alan altı azərbaycanlı tələbə çərşənbə axşamı İstanbula, ordan isə Bakıya göndərilib.
Bazar günü Misirdən analoji marşrut üzrə yeddi Azərbaycan vətəndaşı təxliyə edilib.
Bundan əvvəl, Azərbaycan Prezidentinin tapşırığı ilə ölkənin 103 vətəndaşı Misirdəki iğtişaşlardan sonra AZAL-ın xüsusi reysi ilə Qahirədən təxliyə olunub.
Azərbaycanın Misirdəki səfirliyi bundan sonra da azərbaycanlılara vətənə qayıtmaqda kömək etməyi davam etdirəcək. Hazırda Misirdə olan vətəndaşların qohumlarından əlaqə saxlamaq və təcili olaraq diplomatik missiyanın 0020108112577 "qaynar xətt" nömrəsi ilə əlaqə yaratmaq üçün xəbər verməyi xahiş edir.
Yanvarın 25-dən Misirdə iqtisadi və siyasi islhatların keçirilməsi və hökumətin dəyişilməsini tələb edən ketləvi etiraz aksiyaları keçirilir. İğtişaşlar quldurluq və yanğınlarla müşayiət olunur, qurbanların sayı artıq 150-yə çatıb.