...

Bu il Gürcüstanda qripdən ölənlərin sayı 11-ə çatıb

Siyasət Materials 3 Fevral 2011 11:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda daha bir qadın A/H1N1 virusundan vəfat edib. Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzindən Trend-ə verilən məlumata görə, 52 yaşlı qadın bu gecə Kutaisi Yoluxucu Xəstəliklər Xəstəxanasında dünyasını dəyişib.

Mərhumda "donuz qripi" adlanan virusun laborator təsdiqlənməsi halı qeydə alınıb. Qadın tibb işçilərinə gec müraciət edib və onun həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, qadının əziyyət çəkdiyi diabet də xəstəliyin gedişini ağırlaşdırıb.

Bu, artıq bu il Gürcüstanda qripdən 11-ci ölüm halıdır. Xəstələrin 7-də H1N1 virusu, üçündə A tipli virus və birində isə B tipli virus olub.

Xəbər lenti

Xəbər lenti