Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident, Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında yaranmış dostluq münasibətlərinin inkişafı əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açacaqdır. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və tərəqqi diləyirəm" təbrik məktubunda bildirilib.
İlham Əliyev Şri-Lankanın Prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksaya təbrik məktubu ünvanlayıb