...

İranın Azərbaycanın daxili işinə qarışması İran əhalisinin yarısını təşkil edən azərbaycanlılara hörmətsizlikdir - Əli Əhmədov

Siyasət Materials 10 Fevral 2011 13:06 (UTC +04:00)
İranın bəzi dairələrinin Azərbaycan dövlətinə etdiyi hörmətsizlik İslam Respublikasının əhalisinin yarısını təşkil edən azərbaycanlılara hörmətsizlikdir. Trend-in məlumatına görə, bu sözləri cümə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
İranın Azərbaycanın daxili işinə qarışması İran əhalisinin yarısını təşkil edən azərbaycanlılara hörmətsizlikdir - Əli Əhmədov

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Hacıyev/

İranın bəzi dairələrinin Azərbaycan dövlətinə etdiyi hörmətsizlik İslam Respublikasının əhalisinin yarısını təşkil edən azərbaycanlılara hörmətsizlikdir. Trend-in məlumatına görə, bu sözləri cümə axşamı jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"İranda çoxlu sayda etnik azərbaycanlılar yaşayır. Bütün bunlar bizim münasibətlərimizin xarakterini, mahiyyətini müəyyənləşdirir. Azərbaycana qarşı İran tərəfindən hər hansı bir hörmətsizliyin edilməsi, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri göstərilməsi, İran KİV-ində Azərbaycanın aşağılanması kimi xoşagəlməz hallara yol verilməsi bir yandan Azərbaycan dövlətinə, ikinci bir tərəfdən İranda yaşayan çoxlu sayda azərbaycanlıya hörmətsizlikdir", - Əhmədov deyib.

Onun sözlərinə görə, əgər İran KİV-ləri öz vətəndaşları olan azərbaycanlılara hörmətlə yanaşsaydılar, Azərbaycan dövlətinə belə münasibəti göstərməzdilər.

Xəbər lenti

Xəbər lenti