...

"Washington Post" qəzetində Azərbaycanın ABŞ-dakı səfirinin məqaləsi çap olunub

Siyasət Materials 15 Fevral 2011 13:06 (UTC +04:00)
ATƏT və Avropa Şurasından olan beynəlxalq müşahidəçilərin fikrincə, 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində "böyük irəliləyiş qeyd olunub". Bunu ölkənin ABŞ-dakı səfiri Yaşar Əliyev "Azərbaycan demokratiyaya can atır" məqaləsində yazır.
"Washington Post" qəzetində Azərbaycanın ABŞ-dakı səfirinin məqaləsi çap olunub

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT və Avropa Şurasından olan beynəlxalq müşahidəçilərin fikrincə, 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində "böyük irəliləyiş qeyd olunub". Bunu ölkənin ABŞ-dakı səfiri Yaşar Əliyev "Azərbaycan demokratiyaya can atır" məqaləsində yazır. Trend-in məlumatına görə, "Washington Post" qəzetində dərc olunan bu məqalə Fred Hayyattın fevralın 7-də çap olunmuş, Azərbaycandakı prezident seçkiləri prosesində pozuntulardan bəhs edən məqaləsinə cavabdır.

"Seçkilərin gedişində Prezident İlham Əliyev səslərin əksəriyyətini qazanıb ki, bu da onun ölkədəki iqtisadi inkişafı və demokratik islahatları davam etdirməyə qadir ən ixtisaslaşmış lider olması barədə ictimai fikri əks etdirir", - səfir yazır. Əliyev məqaləsində bildirir ki, Azərbaycan Hayyattın yazdığı kimi "ABŞ-ın islam radikalizmi qarşısında qorxusu və Birləşmiş Ştatların neftə ehtiyacı" ilə oynamır.

Onun sözlərinə görə, Azərbaycan Birləşmiş Ştatlar da daxil olmaqla özünün bütün dostları və tərəfdaşları ilə stabil və yaxşı münasibətlərdə maraqlıdır.

"Bu il Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunur. Və Azərbaycanın çətin yol keçərək güclü, varlı dövlətə, çiçəklənən və öz vətəndaşlarının demokratik gələcəyinin tərəfdarı olan quruluşa çevrildiyini unutmaq olmaz", - səfir yazır.

Xəbər lenti

Xəbər lenti