...

Ukraynanın Azərbaycanda səfiri təyin edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 Fevral 2011 11:01 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:38-də yayılıb)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Ukrayna Prezidenti Viktor Yanukoviç ölkəsinin Azərbaycandakı səfirini təyin edib. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko olub. Trend-in məlumatına görə, bu barədə UKRİNFORM xəbər yayıb.

Aleksandr Mişenko 2005-ci ildən Ukraynanın Türkiyə Respublikasındakı səfiri olub. Türkiyəyə səfir təyin olunanadək o, Ukraynanın Avstraliyadakı müvəqqəti işlər vəkilinin səlahiyyətlərini icra edib.

Xəbər lenti

Xəbər lenti