...

Azərbaycan Prezidenti Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb

Siyasət Materials 25 Fevral 2011 19:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Azərbaycan Prezidenti Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu"na "Dövlət Material Ehtiyatları Agentliyi" abzasından sonra "Su Ehtiyatları Dövlət Agentliyi" abzası əlavə edilsin.

Nazirlər Kabinetinə iki ay müddətində Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin Əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti