...

Azərbaycan Prezidenti Sloveniya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 Mart 2011 18:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Sloveniya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı ölkələrimiz arasına ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev qonağın ölkəmizə səfərinin qısamüddətli olmasına baxmayaraq, onun azərbaycanlı həmkarı ilə hərbi sahədə əməkdaşlığı müzakirə etmək üçün bu səfərin yaxşı imkan yaratdığını dedi. Sloveniyaya səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev dövlət başçıları arasında yaxşı əlaqələrin olduğunu vurğuladı, Sloveniya Prezidenti ilə mütəmadi görüşdüyünü, regional inkişaf və ikitərəfli əlaqələrlə bağlı mühüm məsələləri müzakirə etdiklərini bildirdi.

Dövlətimizin başçısı Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçin Azərbaycana səfərinin məhsuldar və ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlıq imkanlarını araşdırmaq baxımından səmərəli olacağına əminliyini bildirdi.

Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiç başçılıq etdiyi nümayəndə heyətinin bütün üzvlərinin Azərbaycana səfərdən və əməkdaşlığımızın inkişafı imkanlarını müzakirə etməkdən böyük məmnunluq hissi keçirdiklərini bildirdi. Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiç ölkələrimizin müvafiq qurumlarının əlaqələrinin əsasında dövlət başçılarının yaxşı əməkdaşlığının və xalqlarımız arasında ümumi dəyərlərin durduğunu qeyd etdi.

Xanım Lyubitsa Yeluşiç nümayəndə heyətinin bu gün səhər Mehdi Hüseynzadənin abidəsini ziyarət etməsini xatırlatdı.

Xəbər lenti

Xəbər lenti