...

Azərbaycan xarici işlər nazirinin müavini Türkiyə XİN rəhbəri ilə görüşüb

Siyasət Materials 11 Mart 2011 17:09 (UTC +04:00)

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov cümə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Məlumatı Türkiyə KİV yayıb.

Əzimov martın 9-dan Türkiyədə səfərdədir.

"Naziri müavininin işgüzar səfərinin məqsədi siyasi məsləhətlərin aparılmasıdır", - bundan əvvəl Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Səfər zamanı Əzimov səfirlik tərəfindən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (USAK) təşkil olunmuş "Azərbaycanın xarici siyasəti: imkanlar və problemlər" adlı konfransda və Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində "Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə münasibətləri" konfransında əsas məruzəçi qismində çıxış edəcək.

Əlavə olaraq, nazir müavininin Türkiyə KİV-lərinə müsahibə verəcəyi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti