Dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaq - Prezident İlham Əliyev (FOTO) (ƏLAVƏ OLUNUB)

Dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaq - Prezident İlham Əliyev (FOTO) (ƏLAVƏ OLUNUB)

Prezidentin cıxışı əlavə olunub (ilk xəbər saat 13:21-də yayılıb)

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı yeni aerovağzal kompleksinin baş planını və mövcud terminalda aparılacaq əsaslı yenidənqurma işlərini əks etdirən stendlərə baxdı.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına məlumat verdi ki, Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə yaradılmışdır. Respublikamızda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və 1999-cu ildə istismara verilmişdir. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteo avadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Qeyd olundu ki, 2003-cü ildən Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı işə düşmüşdür. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verilmişdir. Bundan başqa, respublikamızın mülki aviasiyasının kompleks inkişafı çərçivəsində Qəbələ beynəlxalq hava limanının tikintisinin bu ilin payızında tamamlanması nəzərdə tutulmuşdur.

Məlumat verildi ki, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Bundan başqa, 2011-2014-cü illərdə yeni ən müasir təyyarələrin alınması nəzərdə tutulmuşdur. Hazırda "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın 13 ölkəsinə, o cümlədən 23 şəhərə uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır.

Diqqətə çatdırıldı ki, respublikamızın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın inkişafında da mühüm rol oynamışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisinə başlanması bu istiqamətdə həyata keçirilən vacib tədbirlərdən biridir.

Qeyd edildi ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni layihə həyata keçirildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcəkdir. Ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin sahəsi 58 min kvadratmetr təşkil edəcəkdir. Üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcəkdir.

Məlumat verildi ki, yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaqdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcəkdir. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən son avadanlıqların tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaqdır. Yeni aerovağzalın tikintisi ilə yanaşı, mövcud aerovağzal da tam müasirləşdiriləcəkdir.

Bildirildi ki, inşa olunacaq beşmərtəbəli Uçuşları İdarəetmə Mərkəzinin binasında ən son texnologiyalara əsaslanan meteoroloji radar sistemləri quraşdırılacaqdır. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr olacaqdır. Perron və yönəldici yollar da yenidən qurulacaqdır.

Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

Dövlətimizin başçısı kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" QSC-nin əməkdaşlarını və inşaatçıları təbrik edərək dedi:

"Sabahınız xeyir olsun. Mən sizi ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında çox əlamətdar bir hadisədir. Bakıda yeni aeroportun təməl daşını qoyuruq. Ümid edirəm ki, yaxın zamanlarda - iki ildən sonra Bakıda yeni gözəl, əzəmətli aeroport istifadəyə veriləcəkdir. Bir müddət bundan əvvəl mən yeni aeroportun tikintisi ilə bağlı müvafiq tapşırıqlar vermişəm. Çünki indiki aeroport artıq Azərbaycanın inkişafına uyğun deyildir. Azərbaycan sürətlə inkişaf edir, ölkəmizə gələnlərin sayı artır. Beləliklə, yeni müasir aeroportun tikintisinə böyük ehtiyac var idi və çox istəyirdik ki, bu aeroport həm funksional baxımdan, həm də gözəlliyi ilə seçilsin. Əminəm ki, dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaqdır.

Son illərdə Azərbaycanın müxtəlif şəhərlərində aeroportlar tikilib. 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada. Bu il Qəbələdə beynəlxalq aeroport istifadəyə veriləcəkdir. Bakıda yeni beynəlxalq aeroportun tikintisi də artıq başlayır. Bu işlərə həm yerli şirkətlər, mütəxəssislər, həm də dünyanın tanınmış şirkətləri cəlb edilmişlər.

Aeroport əslində gözəl bir memarlıq abidəsidir. Hazırda Bakıda və ölkəmizin digər şəhərlərində yeni gözəl binalar tikilir. O binalar ölkəmizin inkişafını göstərir. O binalar yeni Azərbaycanın rəmzlərinə çevrilir. O cümlədən bu aeroport - ölkəmizin giriş qapısı müasir Azərbaycanın inkişafını və indiki vəziyyətini əks etdirməlidir" dövlət başçısı bildirib.

Preziden əminliklə deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında öz gözəlliyi və funksional keyfiyyətləri ilə seçiləcəkdir. Həm aerovağzal binası çox gözəl olacaq, həm də uçuş-enmə zolaqları yenidən qurulacaq, 4 kilometr uzunluğunda yeni uçuş-enmə zolağı tikiləcək, aeroportun bütün xidmətləri müasir tələblərə cavab verəcək və sərnişinlər üçün yeni gözəl şərait yaradılacaq.

"Ölkəmizdə hava nəqliyyatının inkişafı sürətlə gedir. Burada hava nəqliyyatını təmsil edən yoldaşlar bunu yaxşı bilirlər. Son 7 ildə yeni təyyarələr - 10 Airbus təyyarəsi, ATR təyyarələri, 12 helikopter alınmışdır. Növbəti üç il ərzində Boinq tipli 6 təyyarə alınacaqdır. Onlardan ikisi ən son model olan Boinq-787 drimlayner təyyarələridir. Hazırda MDB məkanında birinci 787 tipli Boinq təyyarələri Azərbaycana gətiriləcəkdir.
Bu təşəbbüslər əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu vəsaiti təmin edir. Bütövlükdə nəqliyyatda gedən işlər çox müsbətdir. Hazırda Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanı tikilir, dəmir yolları bərpa olunur, avtomobil yolları salınır, dəniz və hava nəqliyyatı inkişaf etdirilir.

Beləliklə, Azərbaycanda nəqliyyat infrastrukturu tamamilə yeniləşir. Təsadüfi deyil ki, Azərbaycan və Bakı artıq tranzit məsələlərin həlli üçün də mərkəzə çevrilibdir, o cümlədən hava nəqliyyatı sahəsində. Bakı üzərindən daşınan yüklərin həcmi artır. Artıq böyük yük təyyarələri Azərbaycana gəlir və bu da bizim imkanlarımızı genişləndirir. Coğrafi vəziyyətimiz elədir ki, ölkəmizin ərazisindən keçən istər hava, istər avtomobil, istərsə də dəmir yolları Azərbaycanı tranzit mərkəzə çevirib.

Beləliklə, bütün bu tədbirlərin kompleks şəkildə görülməsi ölkəmizi daha da gücləndirəcəkdir. Mən bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. Əmin edirəm ki, bu aeroport tezliklə yüksək keyfiyyətlə tikiləcək və onun açılışında biz sizinlə bir daha görüşəcəyik.

Bir daha təbrik edirəm" İlham Əliyev çıxışının sonunda deyib.

Sonra Prezident İlham Əliyev tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Dövlətimizin başçısı inşaatçılara və "Azərbaycan Hava Yolları" QSC-nin kollektivinə uğurlar arzuladı.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub
Azərbaycan ilk dəfə Müsəlman İncəsənət və Mədəniyyət Festivalında təmsil olunub
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq - Bağdad Amreyev
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul rəsmilərinin toplantısı keçirilib - (FOTO/VİDEO)
“Əsas Məsələ”də Prezident İlham Əliyevin həftə ərzində keçiridyi yüksək səviyyəli görüşlər müzakirə olunub (VİDEO)
Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir
İranda ötən sutka 193 nəfər koronavirusdan ölüb
"Buta Airways" Rusiyanın "Jukovski" şəhərinə uçuşlar həyata keçirəcək
Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır
MUSİAD nümayəndə heyəti Qubada səfərdə olub (FOTO)
Atletimiz Avropa çempionatında bir qızıl və bir bürünc medal qazanıb (FOTO)
Bakıda daha bir nəqliyyatın mübadilə məntəqəsi yaradılıb (FOTO)
Bakıda məşhur restoranlarda nöqsanlar aşkarlanıb (SİYAHI)
Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb (FOTO)
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib (FOTO)
Zabrat Hava Limanı ərazisində təlim keçirilib (FOTO)
Finlandiya sprey formasında koronavirus vaksini hazırlayır
Sumqayıtda 3 koronavirus xəstəsinə cinayət işi başlandı
Sabah rayonlara dolu düşəcək
“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqləyib (ƏLAVƏ OLUNUB)
Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım, ikisi də mənim Vətənimdir - Erkan Özoral
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
Prezident İlham Əliyev: Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim qəlbimizdə yaşayacaqdır
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir
Bibiheybətdə gəmidə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Şəhid ailəsi və qazilərə dəstək üçün bu günə kimi 18 milyona yaxın pul xərclənib
Ötən gün 47 yanğın olub, 1 nəfərin meyiti aşkarlanıb (VİDEO)
Kanada XİN-dən "Dostluq" yatağı ilə bağlı açıqlama
Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində insan amili dayanır - Tamam Cəfərova
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınması ilə TAP-ın Avropa üçün əhəmiyyəti artacaq
Bərdədə toy məclisi aşkarlandı, 19 nəfər cərimələndi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Polis Bakıda əməliyyat keçirdi, narkobaronlardan 64 kiloqram narkotik vasitə götürüldü (FOTO/VİDEO)
Bakıda həyətdə toy məclisində 28 nəfər məsuliyyətə cəlb olundu (VİDEO)
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
Çində üçüncü koronavirus vaksininin sınaqlarına icazə verilib
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Paytaxtda daxili iməclik və geniş dezinfeksiya keçirilib (FOTO)
AZAL Heydər Əliyev Beynəlxalq Aeroportunun təmizlik işlərinin satınalınması ilə bağlı açıq tender elan edir
Ötən gün evini tərk edən 18 koronavirus xəstəsi saxlanıldı
Əfqanıstanda ard-arda partlayışlar olub
Evdə toy məclisi keçirənlər cərimələnib
ABŞ İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən imtina edib
"COVID-19 pasportu" - Dünya yeni mərhələyə keçir
Zərdabda daş sexi yanıb
Azərbaycanda bu tarixdə ucuz avtomobillər satışa çıxarılacaq
Qırğızıstanda seçkilər və referendumdan qabaq "sükut günü" başlayıb
Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimə edilib
Beyrut dəniz limanının yenidən qurulması layihəsinin dəyəri 5 milyard dollar təşkil edəcək
Rusiya aprelin 12-dən Türkiyə ilə uçuşlarını məhdudlaşdıra bilər
Hindistanda xəstəxanada baş verən yanğında 4 nəfər öldü
Bütün xəbərlər