...

Azərbaycan daxili işlər orqanlarına püşkatma yolu ilə təyinat həyata keçirilib

Siyasət Materials 18 Mart 2011 18:01 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Azərbaycan daxili işlər orqanlarına püşkatma yolu ilə təyinat həyata keçirilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan daxili işlər orqanlarına püşkatma yolu ilə təyinat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu vurğulayıb.

O qeyd edib ki, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi diqqət və qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, bu məqsədlə polisin orta rəis heyətinə vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Usubov həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə əməkdaşları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.

Gələcək fəaliyyətlərində gənc zabitlərə uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini artırmalarını, daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edən general-polkovnik Ramil Usubov əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklər.

İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının Azərbaycan polisinin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu nəzərə çatdıran daxili işlər naziri vətəndaşlara xidmət etməyin həm şərəfli, həm də məsuliyyətli olduğunu, belə çətin vəzifələrin öhdəsindən layiqincə gələn hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, son illərdə cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında sabitlik amilinin dayandığını vurğulayıb.

Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu istiqamətdə öz səylərini əsirgəməyəcək, onlara göstərilmiş etimadı doğruldacaqlar.

Püşkatmada iştirak etmiş bütün əməkdaşlar həmin gün daxili işlər nazirinin müvafiq əmrləri ilə "polis leytenantı" xüsusi rütbəsi verilməklə orta rəis heyətinə vəzifələrinə təyin olunublar.

Xəbər lenti

Xəbər lenti