...

Azərbaycanın Küveytdəki səfirliyinin internet səhifəsi təkmilləşdirilib

Siyasət Materials 26 Aprel 2011 15:10 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfirliyinin internet səhifəsi yeni məlumatlarla zənginləşdirilib və təkmilləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı səfirlikdən bildirilib.
Azərbaycanın Küveytdəki səfirliyinin internet səhifəsi təkmilləşdirilib

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Küveytdəki səfirliyinin internet səhifəsi yeni məlumatlarla zənginləşdirilib və təkmilləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı səfirlikdən bildirilib.

Saytda Azərbaycan haqqında "Ümumi məlumat", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət", "Turizm", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Xocalı soyqırımı - 20-ci əsrin faciəsi" "Azərbaycan-Küveyt münasibətləri", "Müqavilə-hüquq bazası", "Azərbaycan və beynəlxalq təşkilatlar", "Konsulluq", daima yenilənən "Məqalələr və müsahibələr", "Press-relizlər", "Xəbərlər və hadisələr" bölmələri zənginləşdirilib, həmçinin "Azərbaycanda sərmayə qoyuluşu imkanları", "Kənd təsərrüfatı sahəsi", "Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və Azərbaycandan kənarda həyata keçirilən xeyriyyəçilik fəaliyyətləri", "Küveytin kütləvi informasiya vasitələri Azərbaycan haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında məlumatlar", "Nəşrlər" və "Foto-qalereya" adlı yeni bölmələr yaradılıb.

Xüsusi əhəmiyyət daşıyan "Nəşrlər" bölməsində son zamanlar səfirlik tərəfindən ərəb dilində çap olunan "Azərbaycanda qanlı 20 yanvar faciəsi", "26 Fevral 1992-ci il - Qanlı Xocalı faciəsi" və "Üzeyir Hacıbəyli - 125" adlı kitabların elektron versiyaları yerləşdirilib. Saytda ərəb dilinə tərcümə edilən "Azərbaycan" adlı kitabının elektron variantı da yaxın günlərdə internet səhifəsində öz əksini tapacaq.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin internet səhifəsinin ünvanı: http://www.azerembassy-kuwait.org/

Xəbər lenti

Xəbər lenti