...

Azərbaycan XİN üzrə I "Brain Ring" intellektual oyunu keçiriləcək

Siyasət Materials 7 May 2011 14:20 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə mayın 9 - d a Şahmat k lubunda diplomatik xidmət orqanları nın əməkdaşları üçün birinci " Brain Ring " intellektual oyunu keçiriləcək .
Azərbaycan XİN üzrə I "Brain Ring" intellektual oyunu keçiriləcək

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə mayın 9 - da Şahmat klubunda diplomatik xidmət orqanlarının əməkdaşları üçün birinci "Brain Ring" intellektual oyunu keçiriləcək.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oyunun keçirilməsində məqsəd diplomatların asudə vaxtlarının səmərəli təşkili və intellektual biliklərinin inkişaf etdirilməsidir.

Sözügedən oyun komanda formatında (4 nəfərdən ibarət) olimpiya sistemi ilə 3 mərhələdə (1/4, 1/2 və final) keçiriləcək.

Başlıca olaraq məntiqi xarakter daşıyacaq suallar tarix, ədəbiyyat, incəsənət, idman - bütünlükdə ümumi dünyagörüşü ilə əlaqəlidir.

Yarışda 8 komanda iştirak edəcək. Qaliblər kubok və XİN-in rəhbərliyi tərəfindən imzalanmış diplomlarla mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti