...

Prezident İlham Əliyev və xanımı "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 16 May 2011 19:31 (UTC +04:00)
Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış gəncləri qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev və xanımı "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Birinci abzasdan sonra əlavə olunub (ilk xəbər 16:02-də yayılıb)

Mayın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmış gəncləri qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı nümayəndələri təbrik edib.

"Mən sizi ürəkdən təbrik edirəm. Siz "Eurovision" mahnı müsabiqəsində ölkəmizi çox ləyaqətlə təmsil etmisiniz, böyük qələbə qazanmısınız. Bu qələbə ölkəmizin qələbəsidir, sizin qələbənizdir", - Prezident deyib.

İlham Əliyev bildirib ki, bu qələbə ilə onlar bütün Azərbaycan xalqını sevindiriblər.

"Yəqin bilirsiniz ki, qələbədən sonra dərhal minlərlə insan küçələrə çıxıb sizin qələbənizi qeyd etdi. Azərbaycan bayrağı dalğalanırdı. Biz çox gözəl anlar yaşadıq. Siz doğrudan da ölkəmizi ləyaqətlə təmsil etdiniz", - dövlət başçısı deyib.

O qeyd edib ki, Azərbaycan "Eurovision" müsabiqəsində dördüncü dəfədir ki, iştirak edir və bütün bu illərdə yaxşı nəticələr göstərib. Bu nəticə isə əlbəttə ki, ən gözəl nəticədir və zirvədir.

"Onu da deyə bilərəm ki, "Eurovision"da iştirakımızın təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım olmuşdur. Biz bu yarışa onun təşəbbüsü ilə qoşulduq və bütün bu illərdə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya və digər qurumlar çox fəal işlədilər. Hər il biz qələbəyə daha da yaxınlaşırdıq", - Prezident qeyd edib.

"Bu müsabiqə deyə bilərəm ki, dünyanın ən mötəbər mahnı müsabiqəsidir. Əlbəttə ki, bu, Avropa ölkələrini əhatə edir. Ancaq hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm", - İlham Əliyev qeyd edib.

Prezident onların qələbəsini Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsi kimi qiymətləndirib.

"Bu, artıq tarixdə qalacaqdır. Siz də artıq tarixdə varsınız. "Eurovision" tarixində Azərbaycan öz sözünü demişdir. Bu, əlbəttə ki, hamımızı çox sevindirir. Mən sizi bir daha təbrik edirəm! Sizə uğurlar arzulayıram! Əminəm ki, bundan sonra da siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Beləliklə, Azərbaycan bu sahədə də dünyada öz sözünü dedi. Biz idmanda qələbələrə öyrəşmişik. İdmançılarımız müxtəlif yarışlarda qələbələrlə bizi sevindirirlər. Bu sahədə isə birinci qələbədir. Bir daha sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram!", - İlham Əliyev vurğulayıb.

Sonra Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Eurovision-2011" mahnı müsabiqəsinin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Eldar Qasımov Prezidentinə və xanımına təşəkkür edib. O da Prezidenti və xanımını təbrik edib.

"Mən Sizi təbrik etmək istəyirəm. Çünki bu, bizim qələbəmizdir, bütün Azərbaycanın qələbəsidir", - Qasımov deyib.

Sonda xatirə şəkli çəkdirilib.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti