...

Bakıda Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunacaq

Siyasət Materials 26 May 2011 11:49 (UTC +04:00)
Bakıda Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunacaq.
Bakıda Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunacaq

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunacaq.

Böyük Britaniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mark Fildin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Britaniyanın nümayəndə heyətinin səfəri zamanı ikitərəfli əlaqələr, eləcə də iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunacaq.

Mark Fildin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Milli Məclisdə, Nazirlər Kabinetində, Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti