...

Müxalifət polisə müqavimət göstərmək üçün yarımhərbiləşdirilmiş bölmə yaradıb

Siyasət Materials 27 May 2011 15:49 (UTC +04:00)
Son dörd gün ərzində Tbilisinin mərkəzində Gürcüstan "Xalq məclisi"nin keçirdiyi mitinqdə say tərkibi 3,5 min nəfərdən ibarət olan yaxşı səfərbər edilmiş yarımhərbiləşdirilmiş təşkilat yaradılıb.
Müxalifət polisə müqavimət göstərmək üçün yarımhərbiləşdirilmiş bölmə yaradıb

Gürcüstan, Tbilisi, 27 may/Trend, müxbir N.Kirsxaliya/

Son dörd gün ərzində Tbilisinin mərkəzində Gürcüstan "Xalq məclisi"nin keçirdiyi mitinqdə say tərkibi 3,5 min nəfərdən ibarət olan yaxşı səfərbər edilmiş yarımhərbiləşdirilmiş təşkilat yaradılıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstan DİN-in yaydığı etiraf görüntüsündə "and içənlər" dəstəsinin rəhbəri, istefada olan polis generalı Qiya Uçava deyib.

O, "Xalq məclisi"nin lideri Nino Burcanadzenin həyat yoldaşı, baş prokurorun keçmiş müavini, Sərhəd Polisinin rəisi Badri Bitsadzenin dostu və "sağ əli"dir.

Uçavanın sözlərinə görə, aksiya təşkilatçıları asayiş keşikçilərinə müqavimət göstərmək və təxribatlar törətmək niyyətində olublar.

İstefada olan general onu da bildirib ki, aksiyalar başlayan gündən, mayın 21-dən hərbiləşdirilmiş hissəyə idarəçiliyi Bitsadze öz üzərinə götürüb.

DİN "Xalq məclisi"nin "Skazka" restoranında yığıncağının videoyazısını göstərib. Orada onlar polisə silahlı müqavimətin formalarını müzakirə ediblər. Elə oradaca ordudan hakimiyyətə qarşı istifadə imkanları müzakirə edilib.

Mayın 26-na keçən gecə müxalifətin Gürcüstanın hüquq-mühafizə orqanları ilə toqquşması zamanı 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti