...

Qırğızıstan nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 4 İyul 2011 17:55 (UTC +04:00)
Qırğızıstanın hökumət nümayəndə heyəti geniş tərkibdə yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Qırğızıstan nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Qırğızıstanın hökumət nümayəndə heyəti geniş tərkibdə yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi Qırğızıstan parlamentinin sədri Axmatbek Keldibekov Azərbaycana səfəri zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə bildirib.

Onun sözlərinə görə, səfər zamanı iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin dərinləşməsi barədə danışıqlar aparılacaq.

Görüşdə Qırğızıstan spikeri ölkəsinin sürətlə inkişaf edən Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Keldibekov Qırğızıstan parlamentinin geniş tərkibdə Azərbaycana səfərinin iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın dərinləşməsi məqsədi daşıdığını vurğulayıb.

Görüşdə Milli Məclisin sədri Oktay Əsədov bildirib ki, Qırğızıstan parlament nümayəndə heyətinin səfəri çərçivəsində imzalanacaq əməkdaşlıq haqqında memorandum iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcək. Spiker hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək dəyərləndirib və deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiklərini, prinsipial məsələlərdə bir-birinin mövqeyini dəstəklədiklərini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti