Azərbaycan, Bakı, 17 avqust /Trend/
Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə başlayır. Trend-in məlumatına görə, bu barədə MSK-nın çərşənbə günü keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçiriləcək. Kurslar iki hissədən - mühazirə və seminardan ibarət olacaq.
İclasda MSK sentyabrın birinci yarısından gec olmayaraq dairə seçki komissiyalarının sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi barədə qərar qəbul edib.